<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Həyatın sözləri yalnız Səndədir İL452</title>
<lyrics>[V1]
 Həyatın sözləri yalnız Səndədir
 Biz kimin yanına gedə bilərik?
 Sənin hüzurunda olmaq istərik,
 Bir körpə uşağa dönmək istərik.

[V2]
 Biz hara gedərik Sənin yanından?
 Atanın sözləri yalnız Səndədir.
 Sənin o sevimli şagirdin kimi
 Sinənə sığınıb qalmaq istərik.

[V3]
 Sözün yolumuza nurdur, çıraqdır
 Sənin işığında qalmaq istərik.
 Dəvət elədiyin Padşahlığında
 Biz Səninlə birgə olmaq istərik.

[V4]
 Atanın yanına getmədən öncə
 Böyük bir tapşırıq Sən verdin bizə.
 Əməl edib Sənin tapşırığına
 Hamıya Sən haqda demək istərik.
 Biz hara gedərik Sənin yanından?
 Həyatın sözləri yalnız Səndədir.
 Müjdəni tez yayıb bütün dünyaya
 Təkrar gəlişini görmək istərik.</lyrics>
<hymn_number>452</hymn_number>
</song>